Musiqili Teatrın aktrisası Özbəkistanın rəsmi bayram tədbirlərində iştirak etdi – FOTOLAR

image-eleonora-mustafayeva-1backend

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solisti Eleonora Mustafayeva Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Daşkənddə keçirilən təntənəli mərasimdə iştirak edib.

Bu barədə Busaat.az-a teatrın mətbuat xidməti məlumat verib.

Bildirilib ki, beş gün davam edən silsilə tədbirlərdə ölkəmizi layiqincə təmsil edən aktrisa türkdilli ölkələrin tanınmış opera müğənniləri – Şirin Mamatova (Özbəkistan), Zarina Altınbayeva (Qazaxıstan), Demet Gürkan (Türkiyə), Zaira Raimbəyova (Qırğızıstan), Ayna Seyirkuleva (Türkmənistan) ilə eyni səhnəni bölüşüb.
Eleonora xanım Özbəkistanın simfonik orkestrinin müşayiəti ilə “Azərbaycan elləri” (Fikrər Əmirov) mahnısını oxuyub.
Sonda “Sopranoların paradı”nda səhnəyə çıxan vokalçılar “Silva” (İmre Kalman) operasından bir parça ifa ediblər.
Qeyd edək ki, aktrisa bu tədbirə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TURKSOY-un dəvəti ilə qatılıb.image-eleonora-mustafayeva2 image-eleonora-mustafayeva3 image-eleonora-mustafayeva4 image-eleonora-mustafayeva5

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki