Qış aylarının vazkeçilməz meyvələrindən biri olan naringi sağlamlığa faydaları ilə seçilir.
Yüksək miqdarda C vitamini ehtiva edən naringi, immunitet sistemini gücləndirir və orqanizmi infeksiyalardan qoruyur.
Xüsusilə qış aylarında naringi yemək soyuqdəymə və qrip kimi epidemiyalara qarşı qoruyucu qalxan yaradır.
Naringinin faydaları saysız-hesabsızdır. Bəs siz heç naringi qabığının faydaları haqqında eşitmisiniz?
Busaat.az xəbər verir ki, özü qədər şəfalı olan naringi qabıqlarını qaynadıb içsəniz, əvvəl atdığınız qabıqlara görə peşman olacaqsınız.
Əvvəlcə naringi qabıqlarını bol su ilə yuyun. Sonra naringi qabıqlarını qaynadılmış qaynar suya əlavə edib 5-10 dəqiqə gözləyin. Dəmləndikdən sonra içə bilərsiniz.
Naringi qabığından hazırlanmış çay içmək;
-Stressi azaldır
-Xolesterolu balanslaşdırır
-Xərçəng riskini azaldır
-Arıqlamağa kömək edir
-Dərini düzəldir
-Mədə problemlərinə yaxşı gəlir
-Bədəndən toksinləri çıxarır
-Sümükləri gücləndirir
-Göz sağlamlığını qoruyur