NATO-nun bütün hərbi infrastrukturu Rusiyaya qarşı işləyir – Dmitri Peskov

image-nato-rusya-getty-1867601_2backend

“Biz görürük ki, bütün hərbi infrastruktur, o cümlədən NATO peykləri Ukraynanın maraqları naminəRusiyaya qarşı işləyir.

Busaat.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov  Moskvada jurnalistlərə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, qitələrarası nüvə ballistik raket imkanlarını cilovlamağı hədəfləyən Rusiya və ABŞ arasında Strateji Silahların Azaldılmasına dair Yeni Müqavilə imzalanması vacibdir.

ABŞ və Rusiya arasında START müqaviləsi böhranı

“Bu, ABŞ-ın təhlükəsizlik və silahlara nəzarət üçün bütün hüquqi və müqavilə çərçivələrini məhv etdiyi üçün qüvvədə qalan yeganə müqavilədir”, – deyə Peskov bildirib.

Ukraynaya raketlərin göndərilməsi ehtimalı

NATO-nun bütün hərbi infrastrukturunun Rusiyaya qarşı fəaliyyət göstərdiyini bildirən Peskov, “NATO-ya aid peyklər də Ukraynanın maraqları üçün Rusiyaya qarşı işləyir. Onlar bizim üçün düşmənçilik mühiti yaradırlar ki, biz buna göz yuma bilmərik”, – əlavə edib.

Ukraynaya yeni uzaqmənzilli raketlərin göndərilməsi ehtimalını da dəyərləndirən Peskov əlavə edib: “Bu, gərginliyi artırmaq üçün bir yoldur və bizdən əlavə səylər göstərməyi tələb edəcək. Lakin bu, hadisələrin gedişatını dəyişməyəcək və xüsusi hərbi əməliyyat davam edəcək”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90