“Naxçıvan ərazisindən yeni bir koridorun inşasını birlikdə həyata keçirəcəyik”

image-ilhambackend

“Biz də dəmir yolu məsələsində çalışırıq”.

Busaat.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Türkiyəli nazir bildirib ki, Naxçıvan ilə Qars arasındakı, Qars-Aralık-Dilucu arasındakı layihələrimizi yekunlaşdırmışdıq: “İnşallah, onları da bir proqram şəklində hazırlayıb bu dəmir yolunu – Naxçıvan ərazisindən yeni bir koridorun inşasını birlikdə həyata keçirəcəyik.

Dostlarımızla toplantılarımızı keçirəcəyik. Qardaşlarımızın işi bizim işimizdir. İnşallah, hamımız birlikdə əl-ələ verərək gözəl işlərə imza atacağıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki