Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft96.92 $▼1.44%
  • WTI neft90.02 $▼1.41%
  • Avropa qazı (TTF)86.54 €▲0.15%
  • Təbii qaz (ABŞ)3.036 $▲0.43%
  • Qızıl4 102 $▼0.76%
  • Gümüş52.46 $▼1.23%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda589.50 ¢▼0.34%
  • Bitcoin74 187 $▼0.72%
  • Ethereum2 107 $▼0.85%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Naxçıvana yeni Baş nazir təyin edildi - Cabbar Musayev kimdir?

image-dosye
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin olunub.

Bununla bağlı qərar Naxçıvan MR Ali Məclisi tərəfindən qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin olunub.

Busaat.az yeni Baş nazirin dosyesini təqdim edir:

Cabbar Musayev 1981-ci ildə Naxçıvan şəhərində anadan olub. Ali təhsilini Türkiyə Respublikasının Ankara şəhərində alıb. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

O, 2004–2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb. 2013–2016-cı illərdə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-də direktor müavini olub.

Cabbar Musayev 18 aprel 2016-cı ildən 2024-cü ilədək Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

O, 23 iyun 2021-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

“Xəbərsiz”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180113