Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı Naxçıvan MR səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.
Əmrlə, Bağırov Zəbur David oğlu öz ərizəsinə əsasən, tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, bu ilin aprelində Naxçıvanın səhiyyə naziri Niyazi Hüseynqulu oğlu Novruzov vəzifəsindən azad olunub. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Samiq Sadıxova verilib.