Nazir: “Bu il Azərbaycanda orta illik inflyasiya 9,5 % olacaq”

image-5d56ae39-7d8e-348c-a788-4b7b04611d5e_850backend

Qiymət artımlarına təsir edən xarici və daxili amillər, o cümlədən növbəti il dünyada ərzaq qiymətləri indeksinin nisbətən aşağı düşəcəyi proqnozları nəzərə alınmaqla Azərbaycanda orta illik inflyasiya cari ildə 9,5 % səviyyəsində olacaq.

Busaat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, inflyasiyanın 2024-cü ildə 5,3 %, 2025-2027-ci illərdə isə strategiya ilə müəyyən edilmiş hədəf diapazonuna uyğun olaraq 4-5 % ətrafında olacağı proqnozlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki