Müdafiə Nazirliyindən Busaat.az-a verilən məlumata görə, tədbirdə müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi nizamnamələrin yenilənməsi məqsədilə yaradılan işçi qrupunun fəaliyyəti və təqdim edilən layihələr barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, müasir dövrün tələblərinə əsasən hazırlanan hərbi nizamnamələrin yeni layihəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, tətbiq edilən yeniliklər və milli-mənəvi dəyərlərimiz nəzərə alınıb.
Tədbirdə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi intizamın daha da möhkəmləndirilməsi, nümunəvi hərbi xidmət edən hərbi qulluqçuların mükafatlandırılmasına dair tövsiyələr verib və aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.