Nazir müavini: “COP29 ilə bağlı ya hər kəs birlikdə fəaliyyət göstərməlidir, ya da uğursuzluq qaçılmazdır”

image-250backend

“Biz milli öhdəliklərə sadiq olmalıyıq. Ona görə ki, bu öhdəliklərin hər biri çox önəmlidir”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov II Qlobal Media Forum çərçivəsində “Yaşıl dünya naminə həmrəylik – COP29” mövzusunda olan təqdimatında deyib.

O qeyd edib ki,  Azərbaycan tərəfi COP29-da şəffaf bir mühit yaratmağı qarşısına məqsəd qoyub:

“Təkliflərdən biri belədir ki, maliyyələşmə məsələsi ilə bağlı yeni model müəyyənləşdirməliyik. Biz COP29-un bu istiqamətdə çox gözəl bir fürsət olacağına inanırıq. Azərbaycan tərəfi şəffaf bir mühit yaratmağı qarşısına məqsəd qoyub ki, müxtəlif tərəflər geniş şəkildə müzakirələr apara bilsinlər. Ümumilikdə, COP29-un gündəliyinə 14 məsələ daxil edilib. Azərbaycan orada yaşıl dəhlizləri və saxlanma anbarlarının yaradılması, su çatışmazlığı məsələlərini gündəmə gətirilməsini önəmli sayır. İqlim dəyişikliyi bütün ölkələrə təsir edir. Biz milli öhdəliklərə sadiq olmalıyıq. Ona görə ki, bu öhdəliklərin hər biri çox önəmlidir”,- E.Soltanov vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki