Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi ilə bağlı qaldırılan bir sıra sualları cavablandırıb.
Busaat.az xəbər verir ki, nazirin suallara video cavabı nazirliyin “Facebook” səhifəsində yerləşdirilib. E.Əmrullayevin sözlərinə görə, ilkin mərhələdə elan edilmiş vakansiyalar ötən ildə elan edilmiş vakansiyaların sayından çoxdur:
“Bu il ümumilikdə 8322 vakant yer elan edilib ki, bu da ötənilki saydan 1014 yer və ya 14 faiz çoxdur. Eyni zamanda Azərbaycan və rus bölməsi üzrə də elan edilmiş vakansiyalar ötən ildəkilərdən müsbət dinamika ilə fərqlənir, yəni artmışdır.
Ötən günlər ərzində müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi ilə bağlı qaldırılan bir sıra sualları cavablandırdım. İlk növbədə, bu mövzuda öz fikrini və rəyini bildirmiş hər bir istifadəçiyə dərin minnətdarlığımı bildirirəm. Hər bir şərhə cavab yazmaq imkanı məhdud olduğundan məsələlərə qısa videoformatda münasibət bildirdim.Məsələyə münasibət bildirdiyinizə görə sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi […]
Veysəloğlu Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri, jurnalist Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif […]
Taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Busaat.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciətində bildirib. Qurum bəyan edib […]
Bu gün Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib. Busaat.az xəbər verir ki, toplantıda qəbul olunan […]
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi artıq “mygov” platforması üzərindən həyata keçirilir. Vətəndaşlar övladlarını rəqəmsal qaydada növbəyə yazdırmaq və müraciətlərini […]
Yay mövsümündə havanın həddindən artıq isti keçməsi açıq havada çalışan şəxslərin sağlamlığı və təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu səbəbdən […]