Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft110.96 $▲0.11%
  • WTI neft101.44 $▲0.10%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.045 $▼0.62%
  • Qızıl4 058 $▲0.04%
  • Gümüş54.03 $▼0.16%
  • Pambıq77.76 ¢▼0.36%
  • Buğda608.75 ¢▼0.45%
  • Bitcoin81 040 $▲0.30%
  • Ethereum2 362 $▲0.66%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Nazirlik azad olunmuş ərazilərdə işə qəbul elan edir

image-mu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələri, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrdə həqiqi hərbi xidmətə və işə qəbul elan edir.

Busaat.az  xəbər verir ki, müddətli həqiqi hərbi xidməti başa vurmuş, tibbi təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək kişilər və tibbi təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək qadınlar, həmçinin Azərbaycan Ordusu və ya digər Silahlı Qüvvələr tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər hərbi xidmətə və işə qəbul olunmaq üçün müraciət edə bilərlər.

Namizədlər Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə və ya yaşayış yerlərinin yaxınlığında yerləşən hərbi hissələrə müraciət edə bilərlər.

Müraciət edənlərin nəzərinə :Vakant hərbi və mülki vəzifələrə qəbul tələb olunan tibbi ixtisaslar üzrə həyata keçiriləcək.

Qeyd: Vətəndaşlar bazar və bayram günləri istisna olmaqla hər gün saat 09.00-dan 17.00-dək müraciət edə bilərlər. Məhkumluğu olan və xidmətə uyğunsuzluqla hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməməsi xahiş olunur.

Əlavə məlumat üçün:

Ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsi 2A.

Əlaqə nömrələri: (012) 406-87-41; (051) 567-47-00

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=36129