Nazirliyin Sosial Reabilitasiya Mərkəzində dava: Qadın niyə bıçaqlanıb?

image-reabbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Mərkəzində qadınlar arasında baş verən bıçaqlanma hadisəsinə məhkəmədə qiymət verilib. Qaynarinfo-nun məlumatına görə, hadisə sığınacağın qadınlar üçün nəzərdə tutulmuş ümumi otağlında 1969-cu il təvəllüdlü Xəzangül adlı qadınla 12 noyabr 2022-ci il tarixdən mərkəzdə məskunlaşan Tatyana adlı qadın arasında baş verib.

Tərəflərin münasibəti 2023-cü ilin iyun-iyul aylarında pisləşib. Xəzangül Tatyananı dolabdakı şəxsi əşyalarını oğurlamaqda günahlandırıb. Onlar arasında dava isə 30 iyul 2023-cü il tarixdə, saat 16.00 radələrində baş verib.

Tatyana təqsirləndirilən şəxəsə “moşennik” (dələduz) deyib, “sən hər axşam harasa gedirsən, biz nə bilək hara gedirsən?” kimi sözlər işlədib.

Xəzangül isə Tatyanaya axşamlar restoranda qabyuyan işlədiyini bildirib, “səni vurub öldürəcəm” deyib və ondan uzaq durmasını tələb edib. Bundan sonra Tatyana yenidən Xəzangülü itələyib və qadınlar əlbəyaxa olublar. Təqsirləndirilən şəxs alma soymaq üçün qoyulan bıçaqla Tatyananı vurub. Nəticədə o, qarın, bağırsaq və böyrəyindən xəsarət alıb.

Hadisədən sonra Xəzangül saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Xəzangül 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sığınacaq və Sosial Reabilitasiya Mərkəzi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km 33 ünvanında yerləşir. Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki