“Neftçi” “Beşiktaş”ı bu stadionda qəbul EDƏCƏK

image-1691146141_bakcell-arena-1backend

“Neftçi”nin oyunlarını keçirdiyi “8-ci km stadionu”nun adı dəyişib.

Busaat.az xəbər verir ki, stadion bundan sonra “Neftçi Arena” adlanacaq.

Bu barədə klubun prezidenti Fərrux Mahmudov məlumat verib.

O bildirib ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək ev oyunuda bu arenada baş tutacaq: “Azarkeşlərin istəyini nəzərə alaraq “Neftçi” – “Beşiktaş” oyunu doğma stadionumuzda keçiriləcək”.

Qeyd edək ki, “Neftçi” – “Beşiktaş” matçı avqustun 10-u saat 20:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki