Nənənin küçəyə atdığı azyaşlıların vəziyyəti orta-ağırdır

image-1698837476_thumb-1backend

Gəncədə nənələri tərəfindən küçəyə atılmış Cəlilova Mələk Həsən qızı (16.06.2023) və Cəlilov Miryusif Həsən oğlu (05.04.2021) oktyabrın 26-da Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib.

Busaat.az xəbər verir ki, bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib.

O qeyd edib ki, azyaşlı bacı-qardaşa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub və intensiv terapiya şöbəsinə qəbul olunub:

“Onların vəziyyəti orta-ağırdır. Hər iki xəstənin müayinə və müalicələri davam etdirilir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki