Nərminin qətli: Zaur həmin məlumatları necə əldə edib?

image-1670426314_zaurbackend

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesində “Azad Azərbaycan” (ATV) telekanalının aparıcısı Zaur Baxşəliyevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırılıb.

Busaat.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda yazılı vəsatəti İ.Süleymanov vəkilləri məhkəməyə təqdim edib.

Vəkillər vəsatətlərində Z.Baxşəliyevin efirlərin birində N.Quliyevin meyitinin tapılmasıyla bağlı verilən məlumatların da araşdırılmasını istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra təqsirləndirilən şəxsin müdafiəçiləri bildirib ki, aparıcı N.Quliyevanın başına vurulan zərbələrin sayını, meyitin üzərində olan əlamətlər barədə məlumatı hadisədən bir gün sonra efirdə səsləndirib: “O, bunları necə əldə edib?”

Məhkəmədə mərhumun atası Şərif Quliyev deyib ki, həmin məlumatları Z.Baxışəliyeva özü söyləyib.

İ.Süleymanovun vəkilinin sözlərinə görə, cinayət işində qeyd olunub ki, meyitin tibbi ekspertizası günlərlə aparılıb: “Belə olan halda gəlin, ekspertizaya cəlb olunan 4 nəfəri məhkəməyə dəvət edək, onlardan soruşaq, görək, bir gün içində bu məlumatları Nərminin atasına kim deyib? Çünki biz inanmırıq ki, Zaura həmin məlumatları Şərif Quliyev desin”.

Prosesdə vəkillər Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı A.Məmmədovun yenidən məhkəmədə dindirilməsini də tələb edib.

Məhkəmə həm ATV kanalında yayımlanan verilişə, həmçinin vəkillər tərəfindən təqdim olunan N.Quliyevanın itkin düşdüyü vaxtda keçirilən toy mərasiminin disklərinə baxılması, müdafiəçilərin qaldırdığı digər vəsatətləri nəzərə alaraq bugünkü məhkəməni yarımçıq saxlayaraq təxirə salıb.

Növbəti məhkəmə prosesi dekabrın 21-də keçiriləcək. (Report)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90