“Netflix” Spirs haqda qalmaqallı film çəkdi – Video

image-britnibackend

ABŞ-ın “Netflix” kino şirkəti amerikalı müğənni Britni Spirs haqda qalmaqallı sənədli film çəkib.

Busaat.az  xarici mətbuata istinadən xəbər verir ki, Erin Li Karrın rejissoru olduğu “Britney vs Spears” (“Britni Spirsə qarşı”-red.) adlı filmin treyleri B. Spirsin bu sözləri ilə başlayır:

“Mən sadəcə öz həyatımı geri qaytarmaq istəyirəm”.

Layihədə pop ulduzun atası Ceyms Spirs, onun qəyyumluqdan sui-istifadə etməsi barədə danışılacaq.

Filmin premyerası sentyabrın 28-də baş tutacaq. Təqdimatdan bir gün əvvəl isə B. Spirsin qəyyumluqdan azad edilməsi haqqında iş üzrə növbəti məhkəmə iclasının keçirilməsi planlaşdırılıb. Proses 2008-ci ildən davam edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90