“Neymar və Mbappenin ayrılmaq üçün səbəbi yoxdur”

image-145103backend

PSJ-nin prezidenti Nasser Əl-Xəlifi Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya uduzduqları cavab görüşündən (0:1) sonra fikirlərini bölüşüb.

Busaat.az xəbər verir ki, ilk oyunda 3:2 hesabı ilə qələbə qazanan paytaxt təmsilçisi iki matçın cəmində yarımfinala adlayıb. Prezident isə bu nailiyyətləri haqqında deyib:

“Məqsədimiz mümkün qədər irəli getmək, finala çıxmaq və turnirdə qalib gəlməkdir. Bu gün hər şey əla idi. 3-4 qol vura bilərdik, amma yenə də sonda yarımfinala çıxdıq. Komandamıza inanıram, böyüyüb, təcrübə qazanırıq. “Barselona”nı və “Bavariya”nı məğlub etdik. Bu, çox şey deməkdir. Çempionlar Liqasını qazanmaq üçün buradayıq.

Komandamla fəxr edirəm. Poçettino və Leonardo əla bir iş gördülər. Futbolçular əllərindən gələni etdilər. Çempionlar Liqasını və bütün kubokları qazanmaq üçün kluba çox pul yatırdıq. Neymar və Mbappenin ayrılmaq üçün heç bir səbəbləri yoxdur. Bütün turnirlərdə qalib gəlmək üçün həqiqətən hər şeyimiz var”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90