“Bu, parlament üçün çox böyük ləkə oldu” – YENİLƏNİR

image-eldenizbackend

Milli Məclisin növbədənkənar iclası başlayıb.

Busaat.az xəbər verir ki, iclasda deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında layihə müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib. Milli Məclisin İntizam komissiyası deputatın toxunulmazlığının ləğv edilməsinin lehinə səs verib.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

***

Spiker Sahibə Qafarova bildirib ki, Konstutisiyanın 90-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Baş Prokuror parlamentə müraciət edib: “Təqdimatda Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi xahiş olunur. Baş Prokurorun təqdimatına 7 gün ərzində baxılmalıdır. Ona görə də 53 deputatın tələbi ilə iclas çağırılıb”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90