Növbəti sertifikasiya imtahanları bu tarixdə keçiriləcək

image-imtabackend
Ölkənin təhsil ictmaiyyətinin müzakirə etdiyi müəllimlərin sertifikatlaşdırma prosesinin növbəti test imtahanı mərhələsi 21, 22, 24 iyunda keçiriləcək.

Busaat.az xəbər verir ki, bu barədə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası qərar qəbul edib.

Qərara əsasən, həmin tarixlərdə bu il ilk dəfə prosesə cəlb olunacaq müəllimlər test imtahanı verəcəklər. Bura riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri daxildir.

Bu il 30000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin avqustda keçirlməsi gözlənilir.

Xatırladaq ki, iyun ayının 8-də ötənilki sertifikasiyadan kəsilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanda 7296 müəllim iştirak edib.
Təkrar sertifikasiya imtahanında 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməyib.


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki