“Növbəti tədris ilindən etibarən tələbə krediti veriləcək” – Ekspert

image-kamran4backend

“Kredit öz hesabına təhsil alan tələbələrə şamil olunacaq”.

Busaat.az xəbər verir ki, bu sözləri tələbə kreditlərinin verilməsi ilə bağlı nüansları dəyərlənsirən təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert vurğulayıb ki, Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək:

“Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər. Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək. Eyni zamanda kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək”.

Kamran Əsədov bildirib ki,  Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər 2 qrupa bölünəcək:

“Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq. Təhsil kreditində faiz dərəcəsi çox az olacaq. Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə -hissə Fonda qaytara biləcək.  Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu müddətdə, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək. Yaxşı oxuyan tələbəyə güzəştlər olunacaq. Həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasında müvafiq güzəştlər oluna bilər. Kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq. Onu da qeyd edim ki, təhsil tələbə krediti əcnəbi tələbələrə şamil olunmayacaq. Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kredit yalnız ölkə daxilində alınan ali təhsilə şamil olunacaq. Yüksək peşə təhsili alan tələbələrə də kredit veriləcək.  Özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti ala biləcəklər”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki