Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.87 $▼0.42%
  • WTI neft87.74 $▼0.68%
  • Avropa qazı (TTF)85.84 €▼5.63%
  • Təbii qaz (ABŞ)3.168 $▲0.32%
  • Qızıl3 875 $▲0.13%
  • Gümüş47.55 $▲0.48%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda591.00 ¢▲0.72%
  • Bitcoin63 926 $▼2.13%
  • Ethereum1 791 $▼2.39%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Ölkədə içməli suyun keyfiyyətinə nəzarət istiqamətində görülən işlər açıqlanıb

image-icmeli-su
İçməli suyun vəziyyəti
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin yanvar-iyun aylarında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları, su şəbəkələri, təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri və digər obyektlərdən ümumilikdə 1 462 nöqtədən 39 556 su nümunəsi götürülüb.

Bu barədə Busaat.az-a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Həmin nümunələr üzrə 226 287 göstərici təyin edilib.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və şəbəkələrindən götürülmüş 7 861 tullantı su nümunəsi üzrə 36 477 parametr öyrənilib.

Məlumata görə, hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 56, tullantı suların 60 olmaqla, ümumilikdə 116 parametri üzrə analizlər aparılır. Ümumilikdə içməli suyun keyfiyyətinə 9-u regional olmaqla 11, tullantı sularının tərkibinə isə 15 laboratoriya tərəfindən nəzarət olunur.

Xatırladaq ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası 2013-cü ildə fəaliyyətə başlayıb. Bir il sonra Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçən laboratoriya ötən dövrdə müxtəlif səriştəlilik testi proqramlarına qoşulub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=117551