Onlar yüksək vəzifəyə təyin olundular – FOTO

image-vezife14backend

Dördüncü “Yüksəliş”​ müsabiqəsinin qalibi, Orxan Elman oğlu İsgəndərov avqustun 22-də Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Orxan İsgəndərov Azərbaycan Prezindenti yanında Dövlət İdarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə bakalavr, ADA (Azərbaycan Diplomatik Akademiyası) Universitetində “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə magistratura pilləsində təhsil alıb. Bir sıra, o cümlədən insan kapitalının idarə edilməsi üzrə “SHRM-CP” beynəlxalq dərəcəli sertifikatlara malikdir.

Həmçinin dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi, Seymur Elşad oğlu Hüseynov Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub.

Seymur Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavriat, biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. Türkiyənin Boğaziçi Universitetinin və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisasartırma proqramlarının məzunudur. Gənclər üçün Prezident Mükafatının laureatıdır.

Kino Agentliyinə yeni təyinat olub

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki