Ordumuz bütün lazımi xəbərdarlıqları etmişdir…

image-foto5backend

“Azərbaycan ərazilərində Erməni Silahlı Birləşmələrinin saxlanılması beynəlxalq hüquqa zidddir və digər ölkənin suverenliyinə qarşı real təhlükədir. Ermənistanın Qarabağda qanunsuz silahlı -divetsant həmlələri Azərbaycan ordusu tərəfindən anındaca qarşısı alınır. 19 sentyabr 2023 – cü il tarixindən düşmənin yeni həmlələri ugurla dəf edilir. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Düşmən tərəfinin məkrli əməllərindən fərqli olaraq Azərbaycan Ordusu ancaq, düşmənin hərbi birləşmələrini hədəfə alır. Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

44 günlük Vətən müharibəsi ermənilərə görünür dərs olmadı. Fasiləsiz təxribat xarakterli həmlələri yenidən lazımi cavablsrının verilməsi ilə nəticələndi. Ordumuz bütün lazımi xəbərdarlıqları etmişdir. Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.

Azərbaycan dövləti artıq Sülhün şərtlərini diktə edib. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.Bu şərt onlar üçün ən hümanist addımdır.

Azərbaycan hökuməti hümanizm prinsiplərinə hər zaman sadiqliq nümayiş etdirir. Mülkü şəxslərin qorunması məsələnə əhəmiyyət verərək lazımı tədbirləri görür. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.

Amma,təəsüf ki, düşmən o qədər məkrli və xəyanətlardır ki,hər bir hümanizm addımından başqa məqsədlərlə istifadə etməyə çalışır.Buna baxmayaraq Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına ciddi əməl edir.Azərbaycan zəmanətlərini belə əsirgəmir. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb. Qalır erməni tərəfi bu hümanist fürsəti yetərincə dəyərləndirsin və əməl etsin”.

 

Hüseynova Zehra, Bakı Qızlar Universitetinin tələbəsi.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki