Ötən gün kartlardan 6 mindən çox vəsait oğurlanıb

image-img_6511backend

İyunun 11-də vətəndaşların bank kartlarından 2594, 1500, 820, 400, 306, 300, 104, 60, 48 manat və 89 avro məbləğində pul vəsaitləri kiber üsulla oğurlanıb.

Bu hallar, əsasən, naməlum nömrələrdən gələn zənglər, “sizin adınız, nömrəniz uduşa düşüb” kimi mesajlar, saxta saytlar və sosial platformalar vasitəsilə həyata keçirilir.

Zərərə məruz qalmamaq üçün bank kartının CVV kodu (kartın arxa hissəsindəki 3 rəqəm), OTP – mobil telefonunuza gələn təsdiq şifrəsi, PIN kodunu paylaşmayın, verməyin. Bu məlumatları istəyəni bank işçisi kimi tanımayın, cinayətkardır.

Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki