Özbəkistan hazırda “Qazprom” ilə orta və uzunmüddətli qaz tədarükü müqavilələri üzrə danışıqlar aparır.
Busaat.az xəbər verir ki, bu barədə Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov bildirib.
“Hazırda Özbəkistan nümayəndələri “Qazprom”la respublikaya qaz tədarükü üzrə ortamüddətli və uzunmüddətli müqavilələr üzrə danışıqlar aparırlar”, – o, “Özbəkistan-24” telekanalına müsahibəsində deyib.
Özbəkistan iyun ayında Qazprom ilə qaz alqı-satqısı üzrə iki illik müqavilə bağlayıb. Gündəlik tədarük 9 milyon kubmetr, illik tədarükün isə təxminən 2,8 milyard kubmetr olacağı gözlənilir.
Qeyd edək ki, Rusiya, Özbəkistan və Qazaxıstan prezidentləri Vladimir Putin, Şavkat Mirziyoyev və Kasım-Jomart Tokayev oktyabrın 7-də Rusiya qazının Qazaxıstan ərazisi ilə Özbəkistana nəqlinə başlayıb.