Özbəkistanda Azərbaycanın Müstəqillik Günü 107-ci ildönümü qeyd olunub – FOTOLAR 

image-4backend

Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “Radisson Blue” mehmanxanasında rəsmi qəbul keçirib.
Tədbirdə Özbəkistan Respublikasının Baş nazirinin birinci müavini Açilbay Ramatov, Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, paytaxtdakı diplomatik qurumların hərbi attaşeləri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qonaqları təbrik edərək bildirib ki, 28 May 1918-ci ilin may ayının 28-də Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti elan edilib və onun 107 illiyini bu gün qeyd edilir. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında geniş məlumat verərək bildirib ki, mövcud olduğu 23 ay ərzində Azərbaycanın dövlət bayrağı və vətəndaşlığı təsis edilib, Bakını işğalçılardan azad edən milli ordu yaradılıb.
1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətini dayandırdı və ölkədə Sovet hakimiyyəti quruldu. Lakin müdrik Azərbaycan xalqının yeganə düzgün seçimi ilə 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev ölkəyə rəhbərliyə gəldi. O, qısa müddət ərzində vəziyyəti sabitləşdirə bildi. Ölkə iqtisadiyyatı dirçəlməyə başladı, Azərbaycanı dünya arenasında tamhüquqlu bir dövlət kimi tanındı – deyə Hüseyn Quliyev bildirib.

Diqqətə çatdırılıb ki, uzun müddət Azərbaycan ərazilərinin 20 faizi Ermənistan işğalı altında olsa da, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatı zamanı işğalçılar Azərbaycan ərazisindən tamamilə çıxarılıb.

Azərbaycan-Özbəkistan əlaqələrindən də bəhs edən diplomat əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulayıb. İstər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, istərsə də Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev sosial-iqtisadi, humanitar, ekoloji və digər sahələrdə islahatların, xalqın güzəranının yaxşılaşdırılmasına, ölkənin davamlı inkişafına yönəlmiş islahatların tərəfdarıdırlar. İki ölkə arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilə imzalandı – bu, iki ölkə arasında mümkün olan ən yüksək beynəlxalq sənəddir. Bundan başqa Ali Dövlətlərarası Şura yaradılıb, iki qardaş ölkə arasında əməkdaşlığın bütün istiqamətləri üzrə intensiv iş aparılır.

Tədbirin bədii hissəsində Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova Azərbaycan və Özbək mahnıları ifa edib.
Sonra qonaqlara ziyafət verilib, Azərbaycan milli mətbəxinin təamları təqdim edilib və Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin görməli yerləri, turizm imkanları, tarixi abidələri əks etdirən videoçarx nümayiş etdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki