Özəl, yoxsa dövlət sektoru: dövlətdə çalışanların sayının azalması nəylə bağlıdır?

image-48backend

2024-cü il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,4 min nəfər olub, onlardan 893,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Busaat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın dövlət sektorunda çalışanların sayı son bir ildə 5.5 min nəfər azalıb, qeyri-dövlət sektorunda (özəl) çalışan muzdlu işçiləri sayı isə 28.6 min nəfər artıb. Beləliklə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı son bir ildə 23.1 min nəfər artıb.

İnsanların özəl sektorlara üz tutması nə ilə bağlıdır?

Mövzu il bağlı Busaat.az-a açıqlamasında iqtisadçı-deputat Vüqar Bayramov bildirib ki, son dövrlər özəl sektorda çalışanların sayında artımlar var və bu, bir tərəfdən sahibkarların yeni iş yerləri yaratması, digər tərəfdən qeyri-rəsmi məşğulluğun leqallaşdırması ilə bağlıdır.

V.Bayramovun sözlərinə görə, 2020-ci ildən etibarən əmək müqaviləsi ilə çalışanların sayında artımlar var, yəni qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi həyata keçirilib ki, bu da özəl sektorda əmək müqavilələrinon sayının artmasına və muzdlu işçilərin sayında özünü göstərir.

“Hazırda bütövlükdə muzdlu işçilərin, yəni əmək müqaviləsi ilə çalışanların təxminən yarısı özəl sektorun payına düşür” deyən müsahibimiz hesab edir ki, dövlət sektorunda çalışanların sayının azalması struktur islahatları ilə bağlıdır. Deputat qeyd edib ki, çünki bir tərəfdən struktur islahatları həyata keçirilir, digər tərəfdən 65 yaşı tamam olan bir sıra sektorlarda vətəndaşlar artıq öz iş yerlərindən ayrılırlar. Bu da təbii ki, əmək müqavilələrinin sayına təsir göstərir.

Vüqar Bayramov: 2020-ci ildən etibarən əmək müqaviləsi ilə çalışanların sayında artımlar var

Bu tendensiyanın 2024-cü ilin növbəti aylarında da davam edəcəyini nəzərə çatdıran ekspert, özəl sektorda iş yerlərinin sayının artmasının, dövlət sektorunun muzdlu işçilərinin sayının müəyyən qədər azalmasının gözləndiyini söyləyib:

“Düzdür, dövlət sektorunda növbəti aylarda kəskin azalmalar proqnozlaşdırılmır, amma bununla belə özəl sektorda iş yerlərinin sayında artımlar proqnozlaşdırılır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki