Özəlləşdirmə çekləri və kompensasiya istəyi: “Çeklər bərpa olunmalıdır” – VİDEO

image-cek-768x403backend

Vüqar Babayev: “İstifadəsi dayandırılan özəlləşdirmə çekləri yenidən bərpa edilməlidir”.

Elşad Məmmədov: “Özəlləşdirmə ilə bağlı prosesdə dövlət öz funksiyallığından istifadə edərək, ədalət prinsipinin bərpasına nail olmalıdır”.

Mövcud durumda ölkəmizdə həllini tapa bilməyən problemlərdən biri özəlləşdirmə çekləri ilə bağlıdır. Belə ki, əlində çekləri qalan 29 min vətəndaş və ailələr haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar. Məktubda qeyd edilib ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Bu çeklərin hər birinin dəyəri eynidir və özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib.

Xaırladaq ki, o vaxtı insanlar çeklərlə özəlləşdirmə prosesində iştirak edərək müəssisələrdə pay sahibinə çevrilə bilərdilər. Lakin əhalinin böyük hissəsinin qiymətli kağızlar bazarı ilə bağlı məlumatlılığın az olması və yüksək vəzifəli şəxslərin insanların məlumatsızlığından sui-istifadə etməsi nəticəsində pay sahibləri bu çeklərdən yararlana bilmədi. Pay sahiblərindən cəmi 10 faiz insan bu çeklərdən səmərəli istifadə edə bildi. Mövcud dövrümüzdə isə dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Uzun illər keçməsinə baxmayaraq, hələ də özəlləşdirmə çekləri ilə bağlı məsələ öz aktuallığını qoruyur.

Mövzu ilə bağlı vəkil Vüqar Babayev Busaat.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması arzuolunandır:

image-save_20220215_155420

“Əgər hər hansısa formada özəlləşdirmə çeklərinin istifadəsinə məhdudiyyət yaradılıbsa və vətəndaşlar mane ilə üzləşiblərsə, bu halda hüququ tapdanan vətəndaşlara kompensasiya ödənməlidir.

Düşünürəm ki, istifadəsi dayandırılan özəlləşdirmə çekləri yenidən bərpa edilməlidir. Bu addımın atılması ilə vətəndaşların hüququ tapdanmayacaq. Eyni zamanda da vətəndaşlara kompensasiya ödənilməyəcək. Ən yaxşı yol özəlləşdirmə çeklərinin yenidən bərpa edilməsidir”.

İqtisadçı Elşad Məmmədov isə öz növbəsində vurğulayıb ki, mövcud vəziyyətdə sözügedən istiqamət üzrə qanunvericilik bazası və təşkilati mexanizmlərin işlənməsi ilə bağlı ciddi tədbirlərin görülməsinə ehtiyac var:

image-save_20220215_155408

“Özəlləşdirmə ilə bağlı prosesdə dövlət öz funksiyallığından istifadə edərək, ilk növbədə, ədalət prinsipinin bərpasına nail olmalıdır. Daha sonra aiddiyyatı hüquqi normativ baza ölkə əhalisinin maraqlarına uyğun şəkildə qurulmalıdır. Özəlləşdirmə siyasətinin ölkənin sosial-iqtisadi inkişafına xidmət etməsinə yönəlik addımların atılması vacibdir”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90