ABŞ, Pakistan və Hindistan arasında artan gərginliyi azaltmaq üçün diplomatik səylərini artırır.
“Busaat.az” xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif, ABŞ dövlət katibi Marko Rubi ilə telefon danışığında, Hindistanın Pahalgam şəhərində baş verən və 26 hindu turistin həyatını itirdiyi terror hücumu ilə bağlı narahatlığını ifadə edib.
Şərif, Hindistanın Pakistanı hücumla əlaqələndirmə cəhdlərini rədd edərək, hadisənin şəffaf və qərəzsiz araşdırılmasını tələb edib.
O, ABŞ-ı bölgədə gərginliyin azaldılması üçün Hindistana təzyiq göstərməyə çağırıb.
Şövkət Əliyeva
- Busaat.az