Pakistanda bazarda partlayış: 4 nəfər öldü

image-64340d51e4bfdd0a681273c4backend

Pakistanın Bəlucistan əyalətinin Ketta şəhərində Qəndhari bazarında güclü partlayış baş verib. Partlayış nəticəsində azı 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, partlayışdan sonra hadisə yerinə polis və sağlamlıq qrupları göndərilib. İlkin məlumata görə, hadisə nəticəsində azı 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

Şiddətli partlayış nəticəsində çoxlu sayda bina və avtomobilə ziyan dəyib. Qarşıdan gələn Ramazan bayramı üçün alış-veriş səbəbiylə bazarın kifayət qədər sıx olduğu qeyd edilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90