Pakistanda zəlzələ – 20 ölü, 300-dən çox yaralı + Yenilənib

image-zelzele-1backend

Pakistanda 5,7 bal gücündə zəlzələ baş verib.

Busaat.az  xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Yerli mətbuatın yaydığı məlumata görə, Bəlucistan əyalətində baş verən zəlzələ nəticəsində azı 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Qeyd edək ki, yeraltı təkanların episentri Harnai şəhərindən 14 kilometr şimal-şərqdə, ocağı isə 20,8 kilometr dərinlikdə yerləşib.

***

Zəlzələ nəticəsində həlak olanların sayı 20-yə yüksəlib. Təbii fəlakət səbəbindən xəsarət alanların sayı isə 300-ü ötüb.

“Dawn” agentliyinin məlumatına görə, təkanlar Kvetta, Sibbi, Pişin, Çaman və Bəlucistan əyalətinin bir sıra digər şəhərlərində hiss edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90