Pakistan, Hindistan Şimal Ordusunun komandanı general-leytenant Upendra Dvivedinin “Azad Cammu Kəşmiri geri almağa hazırıq” sözlərinə reaksiya verərək, “Pakistan ordusunun sərhədlərini qoruyacaq qədər güclü olduğunu” açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Pakistan ordusundan açıqlama verilib.
Pakistan ordusundan verilən açıqlamada Hindistan Şimal Ordusunun komandanı general-leytenant Dvivedinin “Əmr veriləcəyi təqdirdə Azad Cammu Kəşmiri geri almağa hazırıq” açıqlamasının “xəyalpərəst zehniyyətin təzahürü olduğu vurğulanıb.
Bəyanatda Dvivedinin açıqlamaları təkzib edilib və bunun dünyanın diqqətini Cammu və Kəşmirdəki insan haqları pozuntularından yayındırmaq cəhdi olduğu vurğulanıb.
Qeyd olunub ki, Pakistan ordusu öz sərhədlərini qoruyacaq qədər güclüdür.
Hindistanın Müdafiə naziri Rajnath Singh oktyabrın 28-də oxşar bəyanatdan istifadə edərək Azad Cammu və Kəşmiri geri almaqda qərarlı olduqlarını bildirib.
Qeyd edək ki, Azad Cammu Kəşmir bölgəsi coğrafi olaraq Pakistan sərhədləri daxilində yerləşir.
Busaat.az