“Pandemiyada gördük ki, ifaçılar gözünü toy və tədbirə dikib. O da olmayandan sonra… Artıq il yarımdır, biz heç nə qazanmırıq. Əlimizdə, ovucumuzda nə var idisə, satdıq. Bəziləri bunu dedi, bəziləri demədi”.
Busaat.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov MTV-yə açıqlamasında deyib. Sənətçi il yarımdır heç nə qazanmadığını, dəyərli əşyalarını sataraq yaşadığını qeyd edib:
“Baxırsan ki, digər ölkələrdə radiolardan, televiziyalardan, klip, mahnı səslənən hər yerdən pul gəlir. Kaş, bizdə də olardı. Bəzən deyirlər ki, oxuyanların üzərində əməyimiz olub. İfaçıları ucuzlaşdırmasınlar. Oxuyanın sənəti, yaxşı mahnısı olmasaydı, efirə gündə 40 dəfə çağırsan, sevilməzdi. Demək, yaxşı mahnı olub ki, yadda qalıb. Mövcud vəziyyətə görə nəsə tələb etmək lazımdır”.