Gənclər və idman komitəsi olaraq parlament könüllüləri layihəsinə başlaya bilərik.
busaat.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov komitənin bu gün keçirilən iclasında deyib.
“Bütün qurumlarda və tədbirlərdə könüllülər fəaliyyət göstərir. Parlament könüllüləri də deputalarla ünsiyyətdə olaraq onların fəaliyyətində, vətəndaşlarla işdə böyük töhfə verə bilərlər. Bu, onlar üçün böyük təcrübə və bizim üçün də yardımçı vasitə ola bilər”, – deyə deputat əlavə edib.
Millət vəkili həmçinin gənclər və idman sahəsində içşi qrupların yaradılmasını təklif edib.