Paşinyan Putinlə görüşəcək

image-1035426780_0_220_3500_2113_1000x541_80_0_0_8dd08c4e6c848a14d02410fa9f3b4243backend

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfərə gedəcək.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan mediası bildirir.

Qeyd olunur ki, işgüzar səfər aprelin 7-də baş tutacaq və Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

N.Paşinyanın mətbuat katibi Mane Gevorkyan səfərlə bağlı rəsmi açıqlama verməyib, mətbuatın daha sonra məlumatlandırılacağını deyib.

Qeyd edək ki, Putinlə Paşinyan 44 günlük müharibədən sonra ilk dəfə onlar yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi üçtərəfli danışıqlar zamanı üz-üzə görüşüb. 7 aprel görüşü İkinci Qarabağ müharibəsindən sonra ikinci üz-üzə görüş olacaq.

Xatırladaq ki, aprelin 2-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşü planlaşdırılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90