“Ermənistan sülh üzərində qurulmuş Dördüncü Respublika olacaq”.
Busaat.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Teleqram kanalında yazıb.
Paşinyan respublikanın yeni Konstitusiyasının qəbul edildiyini açıqlayıb. Onun sözlərinə görə, Üçüncü Cümhuriyyət dövründə (1991-ci ildən) qəbul edilmiş konstitusiya nə sülhə, nə də xalqın iradəsinə əsaslanmayıb.
Paşinyan qeyd edib ki, bu, aydın və danılmaz prinsip olacaq.
“Üçüncü Respublika münaqişə məntiqi üzərində qurulub və biz sülh məntiqinə əsaslanan Dördüncü Respublika yaradırıq”, -deyə Baş nazir bildirib.
Bundan əvvəl Paşinyan respublikanın üç keçmiş prezidentini – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanı Qarabağ məsələsi ilə bağlı debata çağırıb.
Yeganə








