Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Busaat.az-ın məlumatına görə, 1982-ci il təvəllüdlü Cəfərzadə Cavanşir İlyas oğlu tanıdığı şəxslə dava zamanı bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub.
Fakt araşdırılır.