Peskov: “İrəvanın Roma Əsasnaməsini imzalamaq niyyəti Rusiyaya münasibətdə son dərəcə düşmənçilikdir”

Dmitri Peskovbackend

Moskva İrəvanın Roma Əsasnaməsini imzalamaq niyyətindən məyusdur.

Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Ermənistan çox yaxşı bilir ki, biz Roma Statutunun tərəfi deyilik və Ermənistan bu nizamnaməyə əsaslanaraq qəbul edilən Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməklə bağlı çətin həzm oluna bilən qərarından tam xəbərdardır. Biz bilirik ki, İrəvan bunu yaxşı anlayır. Bu, bizim təqdir etdiyimiz bir şey deyil”, – Kreml rəsmisi Ermənistanın məsələ ilə bağlı addımlarını şərh edərkən bildirib.

Peskovun sözlərinə görə, Ermənistan hakimiyyətinin bu qərarı Rusiyaya münasibətdə son dərəcə düşmənçilikdir.

Ermənistanın Roma Əsasnaməsini ratifikasiya edəcəyi təqdirdə Moskvanın narahatlığını aradan qaldırmaq üçün Rusiyaya ikitərəfli saziş bağlamaq təklifi ilə çıxış edən erməni tərəfinə gəlincə, Putinin mətbuat katibi bu təklifin təfərrüatları ilə tanış olmadığını qeyd edib.

“Xeyr, mən təfərrüatları müzakirə edə bilmərəm. Ermənistan tərəfinin bu nizamnamənin qəbul edilməsinin zəruriliyi ilə bağlı müəyyən əsaslandırması var idi. Hələlik bu halda ikitərəfli sazişlərin bağlanması təklifinin hər hansı təfərrüatından xəbərim yoxdur”, – Peskov vurğulayıb.

“Ermənistan beynəlxalq öhdəliklər götürürsə, onun nəyi üstünlük təşkil etdiyini görmək lazımdır”, – Kreml sözçüsü deyib.

Peskov onu da əlavə edib ki, Putin yaxın vaxtlarda Ermənistana hər hansı səfər planlaşdırmır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90