
Peskov: Kreml NATO-nun müdafiə xarakterli deyil, aqressiv olduğuna əmindir
Rusiya NATO-nun müdafiə xarakterli deyil, aqressiv olduğuna əmindir.
Busaat.az Ria Novosti-yə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Prezidentin mətbuat katibi qeyd edib ki, Şimali Atlantika Alyansının hər hansı genişlənməsi təhlükəsizlik və sabitlik gətirmir.
Aprelin 7-də Brüsseldə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Alyansın Ukrayna, Gürcüstan və Bosniya və Herseqovinaya dəstəyini genişləndirəcəyini açıqlayıb.
O, həmçinin qeyd edib ki, NATO Asiya-Sakit okean regionunda tərəfdaş ölkələrlə (Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya) əlaqələri genişləndirəcək.
Sərvinaz Hacalıyeva
Busaat.az























