
Peskov: "Putin və Zelenskinin görüşünə hələ hazırlaşmaq mümkün deyil"
“Ekspertlər səviyyəsində danışıqlar dayandırıldığı üçün Rusiya və Ukrayna prezidentləri arasında görüş hələlik hazırlana bilməz”.
Busaat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Yüksək səviyyəli əlaqələr tək başına son ola bilməz, çünki onlar belə mürəkkəb və çətin problemin həllinə heç bir şəkildə kömək etməyəcəklər. Təəssüf ki, biz hazırda Ukrayna tərəfi ilə belə bir görüş hazırlaya bilmirik, çünki Kiyev rejimi İstanbul danışıqlar prosesini davam etdirməyə tələsmir, təqdim olunan sənədlər layihəsinə cavab verməyə tələsmir və üç işçi qrupunun yaradılması təklifinə cavab verməyə tələsmir”, – deyə Kreml sözçüsü jurnalistlərə bildirib.
Yeganə























