Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.10 $▲1.48%
  • WTI neft86.19 $▲1.39%
  • Avropa qazı (TTF)84.78 €▲0.87%
  • Təbii qaz (ABŞ)3.154 $▲2.17%
  • Qızıl3 873 $▼0.11%
  • Gümüş47.60 $▲0.23%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda612.50 ¢▲2.17%
  • Bitcoin63 812 $▼1.55%
  • Ethereum1 785 $▼1.86%
  • S&P 5007 362▼0.78%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Sağlamlıq

Peyvənd olunanlar maska taxmaya bilər – Direktor brifinqdə çıxış edərkən deyib

image-tibbi_maska_0247
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-da COVID-19 infeksiyasına qarşı peyvənd olunan şəxslərin daha tibbi maska taxmasına və sosial məsafə gözləməsinə ehtiyac yoxdur.

Busaat.az AZƏRTAC-a istinadən bildirir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski virtual brifinqdə çıxış edərkən deyib.

image-947899

R.Valenski qeyd edib ki, tam peyvənd olunmuş şəxslər maska taxmadan və sosial məsafə saxlamadan qapalı yerlərdə və açıq havada keçirilən tədbirlərdə sərbəst iştirak edə bilərlər. O deyib ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yenilənmiş qaydaları İsraildə və ABŞ-da keçirilmiş elmi tədqiqatların nəticələrinə əsaslanır. “Amerika Tibbi Assosiasiyasının Jurnalı”nda dərc edilmiş İsrail alimlərinin apardığı tədqiqatın nəticələrinə görə, peyvənd COVID-19 qarşı 97 faiz effektlilik göstərib. Bundan əlavə, 5 mindən çox səhiyyə işçisindəki asimptomatik infeksiyaya qarşı 86 faiz təsirli olduğunu göstərib.

Yeni qaydalarla yanaşı, mərkəzin direktoru qeyd edib ki, peyvənd olanların təyyarələrdə, qatarlarda, avtobuslarda tibbi maska taxmaqları vacibdir. Xəstəxanalar, qocalar evləri və həbsxanalar kimi bir sıra qurumlara da daxil olarkən tibbi maska lazımdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=46761