İranın yeni prezidenti Məsud Pezeşkianın andiçməsinin həyata keçiriləcəyi tarix bəlli olub.
Busaat.az “İRNA”-ya istinadən xəbər verir ki, inaqurasiya mərasimi avqust ayının əvvəlindən təşkil olunacaq. Andiçmədən sonrakı 15 gündə isə nazirlərin siyahısı formalaşdırlacaq.
Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək prezident seçilib.