PKK terror təşkilatı Suriyanın Mənbic bölgəsində TRT komandasına hücum edib.
Busaat.az “TRT”-yə istinadla xəbər verir ki, kanalın əməkdaşlarının yayım apardığı zaman əraziyə bombalı pilotsuz uçan aparatla hücum edilib. Hadisə nəticəsində qrupun avtomobilinə ciddi ziyan dəyib.
Bildirilib ki, TRT-nin müxbiri Bülent Çulcuoğlu, operatorlar Fatih Şenel və Bülent Serin və sürücü Yusuf Serinin səhhəti yaxşıdır.
Zeyd Bağırzadə