PKK/YPG tərəfdarları Stokholmda toplandı – Polislə birlikdə nümayiş keçirildi

image-kapak_165443backend

İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları Türkiyənin İraqın şimalında terrora son qoymaq üçün keçirdiyi əməliyyatlara etiraz ediblər.

Busaat.az xəbər verir ki, İsveçin paytaxtı Stokholmda Norra Bantorget meydanına toplaşan terror tərəfdarları İsveç və Türkiyə arasında imzalanan NATO müqaviləsinin ləğvini tələb ediblər.

PKK/YPG-ni simvolizə edən libaslar geyinən nümayişçilər terror təşkilatının lideri Abdullah Öcalanın posterini açıblar.

Polislə birlikdə nümayiş keçirən terror tərəfdarları şəhərin mərkəzinə yürüş ediblər. Digər tərəfdən, ölkənin TT agentliyinin xəbərinə görə, 16 noyabrda gözlənilən konstitusiya dəyişikliyi ilə hökumət və təhlükəsizlik qüvvələrinə terror təşkilatları ilə əlaqə quran insanların azadlığına mane olmaq hüququ verilir.

1 yanvar 2023-cü ildə qüvvəyə minəcək qanundan sonra terror təşkilatı PKK/YPG tərəfdaşlarının nümayişlərində hansı tədbirlərin görüləcəyi maraq doğurur.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90