Polşa Ukrayna üzərindən raketləri vurmaqdan imtina edib 

image-66backend

Polşanın xarici işlər naziri Radoslav Sikorski Lvova işgüzar səfəri zamanı jurnalistlərə bildirib ki, Polşa NATO-nun razılığı olmadan Ukrayna üzərində raketləri vurmayacaq.

Busaat.az bu barədə “TASS”a istinadən xəbər verir.

“NATO inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemini idarə edir və bu cür qərarlar təkcə Polşanın deyil, bütün NATO-nun qərarı olmalıdır”, – deyə Sikorski mətbuat konfransında qeyd edib.

Kiyev hakimiyyəti dəfələrlə Varşavadan və digər Qərb tərəfdaşlarından Ukrayna səmasında Rusiyanın pilotsuz təyyarələrini və raketlərini vurmağı xahiş edib. Polşa səlahiyyətliləri, öz növbəsində, bu cür hərəkətlərlə bağlı riskləri qeyd edir və onların yalnız bütün NATO ölkələrinin razılığı ilə həyata keçirilə biləcəyini vurğulayırlar.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki