Poltavaya hücum zamanı ölənlərin sayı 53-ə çatıb

image-d679fe49-b6dd-38e5-93c2-a7b944aeec08_850jpg-1725438185backend

Rusiya Silahlı Qüvvələrinin Poltavadakı təlim mərkəzinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Busaat.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.

Bundan başqa, 271 nəfər yaralanıb. 25 nəfərin həyatını xilas etmək mümkün olub, onlardan 11-i dağıntıların altından çıxarılıb.

Xilasedicilər qeyd ediblər ki, təlim korpusunun altı mərtəbəli binasının dağıntıları altında beş nəfər ola bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki