Məzmuna keç
  • Azeri Light125.00 $▲0.00%
  • Brent neft111.53 $▲1.20%
  • WTI neft102.79 $▲1.35%
  • Avropa qazı (TTF)97.51 €▼1.36%
  • Təbii qaz (ABŞ)2.895 $▼4.39%
  • Qızıl4 011 $▼0.99%
  • Gümüş51.25 $▼3.81%
  • Pambıq78.52 ¢▲0.33%
  • Buğda607.25 ¢▲1.29%
  • Bitcoin76 773 $▼1.33%
  • Ethereum2 204 $▼1.89%
  • S&P 5007 720▼0.36%
14°Bakı
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
İdman

Postsovet klublarının reytinqi: “Qarabağ” birinci pillədədir

image-qarabag
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısında yenidən birinci pilləyə yüksəlib.

Busaat.az Yenisabah.az-a istinadən xəbər verir ki, dünyada 73-cü, Avropada isə 48-ci pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır.

Bir ay əvvəlki reytinqlə müqayisədə 11 pillə geriləyən Ağdam təmsilçisini 4 addım geriləyən Ukrayna “Şaxtyor”u izləyir.

Azərbaycanın reytinqdəki digər komandalarından “Sabah” 23-cü, “Neftçi” isə 26-cıdır.

Postsovet məkanı klublarının ilk “10-luğ”u:

1 (dünyada 73-cü). “Qarabağ” (Azərbaycan) – 145,5 xal

2 (74). “Şaxtyor” (Donetsk, Ukrayna) – 144,5

3 (158). “Şerif” (Moldova) – 99,5

4 (209). “Pünik” (Ermənistan) – 85,5

5 (215). “Dnepr-1” (Ukrayna) – 84,25

6 (218). RFŞ (Latviya) – 83,5

7-8 (221). “Riqa” (Latviya) – 82,5

7-8 (221). “Zarya” (Ukrayna) – 82,5

9 (275). “Panevejis” (Litva) – 70

10 (306). “Vorskla” (Ukrayna) – 66,5

23 (436). “Sabah” (Azərbaycan) – 55,5

26 (469). “Neftçi” (Azərbaycan) – 53,75

Türkiyə klublarından yalnız “Fənərbağça” və “Qalatasaray” “Qarabağ”dan öndədirlər. Hesabında 189 xal olan birincilər 26-cı pilləyə yüksəliblər. “Qalatasaray” isə 167 əmsalla dünyanın 52-ci komandasıdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=133033