Prezident İlham Əliyevin Türkiyə səfəri

image-55ee6b9e-332a-3af0-87d1-d69562bb1346_850backend

Prezident İlham Əliyev fevralın 19-da Türkiyəyə rəsmi səfər edib. Səfər R.T.Ərdoğanın dəvəti ilə həyata keçirilib.

Bu, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlməsindən sonra İlham Əliyevin xarici ölkəyə ilk rəsmi səfəri olmuşdur. Cari ilin 19 fevral tarixində Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bir sıra Azərbaycan-Türkiyə sənədləri imzalanmışdır.

Bunlara “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” aiddir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatında Azərbaycan ilə bağlı öz əksini tapmış mühüm açıqlamalar var idi.Beləki Rəcəb Tayyyib Ərdoğan açıqlamasında demişdi:”Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik.Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik.”

Eyni zamanda Rəcəb Tayyib Ərdoğan Azərbaycan – Türkiyə əməkdaşlığının Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini söyləmişdi.Türkiyə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağını , bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edəcəyini bildirdi.

Nəzrin Mayıllı Bakı Qızlar Universitetinin tələbəsi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90