Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı

image-ilham-27backend
image-uzb_ads_desk

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.

Busaat.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki