Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft99.52 $▼0.81%
  • WTI neft91.40 $▼0.70%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)3.016 $▲1.11%
  • Qızıl4 061 $▲0.28%
  • Gümüş51.47 $▲0.11%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.50 ¢▲0.13%
  • Bitcoin75 228 $▼0.97%
  • Ethereum2 213 $▼0.98%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Siyasət

Prezidentin təltif etdiyi İsgəndərov kimdir?

image-01kehaj0jaj0wvrzv8gdttd5mr-main
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın tanınmış tarixçi alimi, professoru və Milli Məclisin deputatı Anar Camal oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib.

Busaat.az Anar İsgəndərovun dosyesini təqdim edir:

Anar Camal oğlu İsgəndərov 10 yanvar 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Uzun illər elmi araşdırmalarla məşğul olub, tarix elmləri namizədi və tarix elmləri doktoru elmi dərəcələrini alıb.

O, hazırda Bakı Dövlət Universitetində professor kimi fəaliyyət göstərir və “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasına rəhbərlik edir. Elmi tədqiqatları əsasən Azərbaycanın XX əsrin əvvəlləri, 1917–1920-ci illər dövrünün tarixşünaslığı və mənbələri ilə bağlıdır. Bu sahədə çoxsaylı elmi məqalələrin və kitabların müəllifidir.

Anar İsgəndərov 2020-ci ildən etibarən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Parlamentdə Elm və təhsil komitəsinin sədri kimi fəaliyyət göstərir. Təhsil sistemi, tarix elmi və milli yaddaşla bağlı məsələlər üzrə mütəmadi çıxışlar edir.

O, elm və təhsil sahəsindəki xidmətlərinə görə bir sıra orden və medallarla təltif olunub.

Qeyd edək ki, Anar İsgəndərov həm elmi-pedaqoji fəaliyyəti, həm də ictimai-siyasi mövqeyi ilə Azərbaycan cəmiyyətində tanınan simalardan biridir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178912